İraqın şimalındakı Ərbildə hava limanı vurulub.
Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus bazanın yerləşdiyi Ərbil Hava Limanına silahlı pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildikdən sonra güclü partlayışlar eşidilib.
Hava limanında hava hücumundan müdafiə sistemləri işə salınıb və üç PUA ardıcıl olaraq zərərsizləşdirilib. Bununla yanaşı, yerli media hücumun Ərbildəki bir hotelə də yönəldiyini, lakin nəticə barədə məlumatın olmadığını bildirir.