Ru
14:29 / 27 Yanvar 2026

Ərdoğan erməni hərbçilərinin ailələrinə 10 milyon dollar ayırıb? - RƏSMİ AÇIQLAMA

Ərdoğan erməni hərbçilərinin ailələrinə 10 milyon dollar ayırıb? - RƏSMİ AÇIQLAMA
Eye

Dünən Azərbaycanın bir sıra xəbər saytlarında və sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın guya Ermənistana - müharibədə həlak olan hərbçilərin ailələri, təqaüdçülər və xüsusi qayğıya ehtiyacı olan ailələr üçün 10 milyon dollar maddi yardım göstərilməsi ilə bağlı sərəncam imzalaması haqda xəbər yayılıb.


Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Türkiyə Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi rəsmi açıqlama yayıb.

Təkzib açıqlamasında deyilir:

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yer alan "Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanda həlak olan hərbçilərin ailələri, təqaüdçülər və xüsusi qayğıya ehtiyacı olan ailələr də daxil olmaqla, Ermənistan cəmiyyətinin həssas təbəqələrini dəstəkləmək üçün 10 milyon dollar maddi yardım göstərilməsi ilə bağlı sərəncam imzaladığı" barədə iddialar tamamilə əsassızdır.

İctimaiyyətin ölkəmizi və Türkiyə-Azərbaycan əlaqələrini hədəf alan dezinformasiyalara etibar etməməsi, yalnız rəsmi qurumlar tərəfindən verilən açıqlamaları nəzərə alması xahiş olunur"




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar