Ru
14:37 / 27 Yanvar 2026

Nazirliyin Nəqliyyat İdarəsinin direktoru işdən çıxarıldı - Yeni təyinat

Nazirliyin Nəqliyyat İdarəsinin direktoru işdən çıxarıldı - Yeni təyinat
Eye

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin direktoru vəzifəsindən azad olunub.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, nazirin birinci müavini Rəşad İsmayılovun müvafiq əmrilə sözügedən idarənin rəisi Baxışov Elxan Sərxan oğlu öz ərizəsilə vəzifəsindən azad edilib.

Elxan Baxışov

Digər əmrlə, Nəqliyyat İdarəsinin direktoru vəzifəsi müvəqqəti olaraq nazirliyin Texniki təminat şöbəsinin müdiri Nəsib Orucova həvalə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova xəbəri təsdiqləyib.


Nəsib Orucov

Qeyd edək ki, Elxan Baxışov 01.06.2022-ci ildə sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin əmri ilə Nəqliyyat İdarəsinin (Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin) rəisi vəzifəsinə təyin olunmuşdu.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar