Ru
15:29 / 27 Yanvar 2026

İranlı terrorçunu zərərsizləşdirən Vasif indi bu səfirlikdə işləyir

İranlı terrorçunu zərərsizləşdirən Vasif indi bu səfirlikdə işləyir
Eye

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda yaralanan mühafizəçi Vasif Tağıyev hazırda fəaliyyətini öz istəyi ilə ölkəmizin Ukraynadakı Səfirliyində davam etdirir.


Bakupost.az Nocomment.az-a istinadla xəbər verir ki, bu barədə onun anası Təranə Tağıyeva bildirib.

Onun sözlərinə görə, oğlu hücumdan sonra iki dəfə əməliyyat olunub və üz nahiyəsindən aldığı güllə yarası səbəbindən həmin hissədə hissiyat itkisi qalmaqdadır.

“Müharibə şəraitinə baxmayaraq bu ölkəni seçməsinin səbəbi ilk diplomatik xidmətinin də Orxan Əsgərovla birgə Ukraynada olmasıdır. Orada işləməsi bizim üçün çox çətindir, hər gün, demək olar ki, həyacan siqnalı verilir”, - T. Tağıyeva söyləyib.

Qeyd edək ki, bu gün Azərbaycanın İrandakı Səfirliyində törədilən terror hücumundan üç il ötür. 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə saat 08:30-da Azərbaycanın İrandakı Səfirliyinə silahlı terror hücumu həyata keçirilib. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq səfirlik binasına daxil olub.

Hadisə zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, hücumun qarşısını alan mühafizəçi Vasif Tağıyev isə ağır yaralanıb.

Vasif Tağıyev göstərdiyi qəhrəmanlığa görə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Hadisə Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı törədilmiş ən ağır terror aktlarından biri kimi tarixə düşüb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar