Ru
19:04 / 14 Avqust 2025

Ərdoğan NATO Baş katibi ilə danışdı

Ərdoğan NATO Baş katibi ilə danışdı
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun Baş katibi Mark Rutte arasında telefon danışığı baş tutub.


Bakupost.az xəbər verir ki, tərəflər Ukrayna-Rusiya müharibəsini, həmçinin regional və digər qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşdə irəliləyiş əldə olunduğunu qeyd edib və əlavə edib ki, Türkiyə bu irəliləyişlərin humanitar məsələlərdə də müsbət dəyişikliklərə yol açmasını vacib hesab edir.
Türkiyə Prezidenti Alyaskada ABŞ və Rusiya liderləri arasında keçiriləcək görüşü yaxından izlədiyini bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar