Ru
14:45 / 04 Dekabr 2021

Ərdoğan ölkəsinin brend adını dəyişdi - FOTO

1598
Artıq Türkiyənin yeni ixracat markası “Türkiye”dir. Məqsəd Türkiyə markalarının və məhsullarının xaricdə daha çox tanınmasını təmin etməkdir.

Bakupost.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın fərmanının mətni bu gün “Resmi Gazete”də dərc olunub.

Sərəncamın mətnində qeyd olunur ki, ölkə brendinin dəyişdirilməsi ilə bağlı qərar ölkənin zəngin mədəniyyətini və irsini əks etdirən daha bir kompleks addımdır və yerli istehsalçının keyfiyyətli məhsulların etibarlı tədarükçüsü kimi xoş niyyətini təsdiq etmək məqsədi daşıyır.


Sənəddə qeyd edilir ki, “Türkiye” termini türk xalqının mədəniyyətini və dəyərlərini ən dolğun şəkildə əks etdirir. Bununla bağlı ölkə brendinin adının dəyişdirilməsi qərara alınıb. Bundan sonra “Made in Turkey” brendi əvəzinə ixrac məhsulları vahid “Made in Türkiye” brendi altında tədarük ediləcək.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər