"Səni Axtarıram" verilişində maraqlı və yaddaqalan anlar yaşanıb.
Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, uzun axtarışlardan sonra həyat yoldaşı tapılan Günelin sevinci efirdə diqqət çəkib.
O, ərini qucaqlamaq istəyib. Həyat yoldaşının ayağından yapışan qadın ehtiyatsızlıqlan onu yıxıb və bu görüntü studiyada gülüş doğurub.
Günelin həyat yoldaşı ilə emosional görüşü sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçilər videoya müxtəlif səs effektləri əlavə edərək öz hesablarında paylaşmağa başlayıblar.
Maraqla qarşılanan sözügedən kadrlar qısa müddətdə viral olub və izləyicilər müzakirələr yaradıb.