Ru
20:54 / 04 Noyabr 2026

Bu universitet üçün 51 milyon ayrılır

Bu universitet üçün 51 milyon ayrılır
Eye

Qarabağ Universitetində tələbə sayı 5 minə çatdırılacaq, universitetin fəaliyyətinə isə 51 milyon manat ayrılacaq.


"Bakupost" Bizim.media-ya istinadla xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Məlumata görə, 2024/2025-ci tədris ilindən etibarən universitetdə tələbə sayının 5 minədək artırılması və onların yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.

Qarabağ Universitetinin fəaliyyətinin 2027-ci ildə təmin edilməsi məqsədilə 51 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu, cari illə müqayisədə 12 milyon manat və ya 30,8 faiz çoxdur.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar