Ru
19:31 / 04 Noyabr 2026

Bu tibb müəssisəsinə yeni baş həkim TƏYİN OLUNDU

Bu tibb müəssisəsinə yeni baş həkim TƏYİN OLUNDU
Eye

Bakının Xətai rayonunda yerləşən 7 saylı şəhər poliklinikasına yeni baş həkim təyin olunub.


"Bakupost"un "Ölkə.az-a istinadla əldə etdiyi xəbərə görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qələmzər Tağıyeva adıçəkilən tibb müəssisəsinin baş həkimi vəzifəsinə təyinat alıb.

O, əvvəllər 7 saylı poliklinikanın baş həkiminin müavini işləyib. Bu ilin iyulundan isə həm də baş həkimin səlahiyyətlərini müvəqqəti icra edirdi.

Xatırladasq ki, 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərova bu ilin iyulunda vəzifəsindən azad olunub.

Qeyd edək ki, bu tibb müəssisəsi Bakının ən böyük poliklinikalarından biridir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar