Ru
19:14 / 04 Noyabr 2026

Kosmosu bəşəriyyətin ümumi sərvəti elan etdi

Kosmosu bəşəriyyətin ümumi sərvəti elan etdi
Eye

ABŞ Prezidenti Donald Tramp Günəş sisteminin və Yer kürəsindən kənardakı kosmik məkanın bəşəriyyətin ümumi sərvəti kimi tanındığı bəyannaməni təsdiqləyib.


“Bakupost” xəbər verir ki, sənəd noyabrın 3-də Ağ Evin rəsmi saytında dərc olunub.

“Amerikanın kosmosda azadlıq bəyannaməsi” adlanan sənəddə vurğulanır ki, kosmik məkan tədqiqat, mənimsəmə və praktiki istifadə üçün açıq olmalıdır. Bu prinsip həm Günəş sisteminə, həm də kosmosun digər ərazilərinə şamil edilir.

Bəyannamədə qeyd olunur ki, Günəş sistemi və Yer kürəsindən kənardakı bütün kosmos bəşəriyyətin ümumi sərvətidir və tədqiqatlar üçün açıqdır.

Tramp müraciətində ABŞ-nin kosmosun araşdırılması, mənimsənilməsi, istifadəsi və məskunlaşma sahələrində liderlik edəcəyini, bununla da planetlərarası sivilizasiyanın yaradılmasına töhfə verəcəyini bildirib:

“ABŞ hər zaman naməlum ərazilərə doğru yol açaraq bəşəriyyəti yeni nailiyyətlərə sövq edib”.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar