Ru
10:46 / 26 Yanvar 2023

Erkin Qədirlinin mandatı ləğv oluna bilər - “Seçkisi yenidən araşdırılsın”

4791
"Erkin Qədirli Milli Məclisə keçirilən seçkilərin demokratik olmaması ilə bağlı fikirlər səsləndirib. Mən onun bu fikirlərinə qəti şəkildə öz etrazımı bildirirəm. Bu, tamamilə yanlış və doğru olmayan fikirlərdir. Cəfəngiyyatdır. Onun səsləndirdiyi fikirlər ölkədə keçirilən seçkilərə kölgə gətirmək cəhdidir”.




Bunu Bakupost.az -a millət vəkili Azər Badamov deyib.

Millət vəkili qeyd edib ki, Erkin Qədirli bunu ancaq özü haqqında deyə bilər ki, doğru yolla seçilib, yoxsa əyri yolla:

“Milli Məclisə seçkilər demokratik şəraitdə keçirilib və seçkidə iştirak edən bütün beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib. Erkin Qədirli necə demokratik yolla seçilən parlamentə kölgə sala bilər? Onun bütün parlament adından danışmağa ixtiyarı yoxdur. Hesab edirəm ki, onun dairəsində keçirilən seçkinin nəticələri yenidən araşdırılmalıdır. Özünün dediyi kimi parlamentə saxta yolla seçilibsə, qoy bu aşkara çıxarılsın”.


Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər