Ru
14:57 / 30 Sentyabr 2026

Erməni əsilli bacılar Bakıya gəldi: “Heç kim bizə bir kəlmə də demədi" - VİDEO

Erməni əsilli bacılar Bakıya gəldi:  “Heç kim bizə bir kəlmə də demədi" - VİDEO
Eye

Rusiyanın Sankt-Peterburq şəhərindən olan erməni əsilli Olqa Tamazyan 2026-cı ildə keçirilən Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün bacısı ilə birlikdə Bakıya gəlib.

"Bakupost" xəbər verir ki,o, səfəri barədə sosial şəbəkədə paylaşım edib.

O.Tamazyan bildirib ki, bu səfərə əvvəlcədən hazırlaşıb:

“Bütün mümkün qurumlara yazmaq qərarına gəldim. Hamısı mənə cavab verdi ki, əlbəttə, sizi gözləyirik, gəlin, heç bir problem yaranmamalıdır”.

O.Tamazyan deyib ki, səfərdən öncə bəzi şəxslər onları valideynlərinin mənşəyi, qohumlarının yaşadığı yer və Qarabağla əlaqələrinin olub-olmaması ilə bağlı mümkün suallar barədə xəbərdar ediblər. Ancaq onları Bakıda heç kim sorğu-sual etməyib. 5 günlük səfər boyu erməni soyadına görə heç bir mənfi münasibətlə qarşılaşmayıblar.

“Biz ölkəyə gələndə beş gün qaldıq, hamı bizim erməni soyadımızın olduğunu açıq şəkildə görürdü. Həm oteldə, həm taksidə və s. Bir nəfər də bizə pis nəsə demədi".

Lalə, BakuPost


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar