Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində ölüm hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, hadisə nəticəsində 19 yaşlı əsgər ölüb.
İlkin məlumatlara görə, poliqonda güllə yarası alan əsgər, hospitala çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsində cinayət işi başlanıb.