Ru
19:32 / 19 İyun 2026

Erməni KİV Misir Mərdanovun Dilicana 28 il əvvəlki səfərindən yazdı

Erməni KİV Misir Mərdanovun Dilicana  28 il əvvəlki səfərindən yazdı
Eye

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşmək üçün iyunun 14-də bu ölkənin Dilican şəhərinə səfər edib.


Bakupost.az Yeniavaz.com-a istinadla xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti bunun 1992-1994-cü illər müharibəsindən sonra yüksək vəzifəli Azərbaycan rəsmisinin Dilicana ilk səfəri olmadığını yazıb.


Nəşr Dilicana ilk səfər edən yüksəkvəzifəli Azərbaycan rəsmisinin keçmiş təhsil naziri Misir Mərdanov olduğunu qeyd edib.


Qəzet Misir Mərdanovun 3 oktyabr 1946-cı ildə Dilicanın Göyərçin kəndində anadan oldğunu, 1950-ci illərdə həmin yaşayış məntəqəsinin ləğv olunduğunu, əhalinin indiki Dilican icmasının Salah kəndinə köçürüldüyünü bildirib.


Qəzetin yazdığına görə, 1997 və ya 1998-ci illərdə M. Mərdanov təhsil naziri kimi beynəlxalq konfransda iştirak etmək üçün İrəvana gedib və burada olarkən ata evini görmək istədiyini bildirib. Və onun bu arzusu yerinə yetirilib.


M.Mərdanov Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının müşayiəti ilə doğma kəndinə gedib.


Mərdanovla birlikdə rusdilli jurnalist də olub və o, kəndi, məktəbi və Mərdanovların evini çəkib.
O vaxt Mərdanovların evində keçmiş Xanlar, indiki Göygöl rayonundan köçmüş Qriqor Qabrielyan və ailəsi yaşayıb.


M.Mərdanov atası Cümeyl Mərdanovun xahişi ilə bağlarından iki ovuc torpaq götürüb. Geri qayıdarkən M.Mərdanov doğma məktəblərinə də baş çəkib.


Cümeyl Mərdanov o vaxtlar Salah kolxozunun sədri olub.


Qriqor Qabrielyanın ölümündən sonra həyat yoldaşı evi bir İrəvan sakininə satıb, o da öz növbəsində evi Mərdanovların evindən bağ evi kimi istifadə edən başqa bir İrəvan sakininə satıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar