Ru
15:20 / 24 Sentyabr 2025

Erməni tanışı məşhur müğənninin milyonlarını mənimsədi

Erməni tanışı məşhur müğənninin milyonlarını mənimsədi
Eye

Rusiyanın Xalq artisti Oleq Qazmanova qarşı dələduzluqda şübhəli bilinən erməni tanışı, iş adamı Gevork Sarkisyan barəsində həbs qətimkan tədbiri seçilib.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə "Readovka" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunub ki, iş adamı ABŞ-də yaşayır, lakin vaxtaşırı iş üçün Rusiyaya qayıdır. Belə səfərlərin birində o, saxlanılaraq istintaq təcridxanasına göndərilib.

Daha əvvəl sənətçi həyat yoldaşı ilə birlikdə dələduzluq sxeminin qurbanı olması şübhəsi səbəbindən hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Qazmanovlar 2019-cu ildə tanışları Gevork Sarkisyana külli miqdarda borc veriblər və o, guya puldan investisiya kimi istifadə etmək niyyətində olub.

Daha sonra Sarkisyan borcunu və onun faizlərini ödəməkdən imtina edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar