Ru
16:12 / 24 Sentyabr 2025

Xaricdən Azərbaycana pul köçürmələri niyə azalıb? - Ekspert AÇIQLADI

Xaricdən Azərbaycana pul köçürmələri niyə azalıb? - Ekspert AÇIQLADI
Eye

“2025-ci ilin ilk 6 ayında xaricdən Azərbaycanda yaşayan fiziki şəxslərə köçürülən pul 534 milyon dollar olub. 2024-cü ilin eyni dövründə bu məbləğ 568 milyon dollar olub. Bu il 34 mln. dollar azalma var – ciddi deyil, amma, son 5 ildə azalma tendensiyası davam edir.”.

Bakupost.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli Rusiyadan Azərbaycana gələn vəsaitin azalmaslından danışarkən deyib.

“Maraqlı məqam budur ki, ABŞ-dən Azərbaycandakı fiziki şəxslərə daxil olan vəsait 30.5 milyon dollardan 52.1 milyon dollara yüksəlib, yəni, bu 71% artım deməkdir”,- deyə o qeyd edib.

N.Cəfərlinin sözlərinə görə, Avropa Birliyi (AB) ölkələri və Türkiyədən də Azərbaycandakı fiziki şəxslərə pul köçürmələr artır:

“ABŞ və AB ölkələrindən pul köçürmələrinin artmasının səbəbi odur ki, gənclər ölkədən kütləvi şəkildə Avropaya, Türkiyəyə gedir, orada pul qazanıb ailələrinə yardım edirlər. Gənclər köçür, hökumət ölkədən valyuta çıxışının qarşısını kəsmək üçün "əlindən gələni edir", hətta quru sərhədləri bağlı saxlayır. Anlamaq istəmir ki, 11 il məktəb, 4-5 il universitet oxuyub xaricə köçən gənc, ən azı 30-40 min dollar ölkədən çıxarır: məktəb, universitet xərclərini, valideynlərin tutduğu müəllimlərin pulunu – hamısını “götürüb” ölkədən çıxır. Problem budur, quru sərhədləri bağlayıb valyutaya qənaət etmək cəhdi valyuta çıxışının qarşısını ala bilməz.

Quru sərhədlər bağlanan il doğulan uşaqlar artıq böyüyüblər, gələn il məktəbə gedəcəklər...”.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar