19:47 / 10 Martt 2020

Ermənilərdən Natəvanın heykəlinə qarşı vandalizm - FOTOLAR

2448
Azərbaycan Xarici İşlər Nazirliyi Belçikanın Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsinə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva BakuPost.az-a bildirib ki, Belçikanın Vaterlo şəhərində 2016-cı ildə ucaldılmış ölkəmizin görkəmli şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə bağlı Vaterlo polisi tərəfindən cinayət işi açılıb. Heykəl Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir və bu səbəbdən sözügedən hadisə polis tərəfindən araşdırılır.


"Əlbəttə, bu vandalizmin Ermənistan baş nazirinin Belçikaya səfəri zamanı baş verməsi diqqəti cəlb edir. Qeyd etmək istərdim ki, ölkəmizin Belçika Krallığındakı Səfirliyinin əməkdaşları dərhal hadisə yerinə gedərək yerli hakimiyyət orqanları ilə təmaslar qurublar. Məsələ səfirliyimizin nəzarətində saxlanılır və araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

18:38

Martın 10-da yerli vaxtla saat 11.00-da Belçikanın Vaterlo şəhərinin Meriyasından Səfirliyə, bu şəhərdə 2016-cı ildə Səfirliyin dəstəyi ilə quraşdırılmış görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı dəhşətli vandalizm aktı törədilməsi barədə məlumat daxil olub.

Bu barədə Azərbaycanın Belçikadakı səfirliyindən bildirilib.

Məlumatda qeyd edilir ki, səfirliyin əməkdaşları dərhal hadisə yerinə gedərək yerli hakimiyyət orqanları ilə təmas qurublar. Vaterlo rəsmiləri tərəfindən bildirilib ki, heykəl şəhərin mühafizə edilən tarixi abidələr siyahısına daxil olduğuna görə, baş verən hadisə ilə əlaqədar Vaterlo polisi tərəfindən vandalizm faktı üzrə cinayət işi açılıb.

Hazırda araşdırmalar aparılır.

Azərbaycan ictimaiyyəti Səfirlik tərəfindən məsələyə dair mütəmadi olaraq məlumatlandırılacaq.

Məlumata görə, heykəl ermənilər tərəfindən dağıdılıb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər

Son xəbərlər

Çox oxunanlar

Son xəbərlər