Ru
22:23 / 11 Dekabr 2025

Ermənistan nə vaxtsa bu seçimi etməli olacaq - Overçuk

Ermənistan nə vaxtsa bu seçimi etməli olacaq - Overçuk
Eye

Ermənistan nə vaxtsa Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməli olacaq.

Bakupost.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər iki ittifaqda eyni vaxtda qalmaq mümkün deyil.

"Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına gəlincə, biz bu barədə dəfələrlə danışmışıq. Hesab edirik ki, eyni zamanda iki inteqrasiya blokuna üzvlük bir araya sığmır. Nə vaxtsa Ermənistan xalqı seçim etməli olacaq", - o deyib.

Onun sözlərinə görə, ümumilikdə Ermənistan və Rusiya arasında yaxşı münasibətlər var, lakin 2025-ci ildə ölkələr arasında ticarət əhəmiyyətli dərəcədə azalıb.

"Bu il biz Ermənistanla iqtisadi ticarətin azalmasının şahidi olduq. Keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi 12,4 milyard dollar təşkil edib. Bu il yəqin ki, təxminən 6 milyard dollar təşkil edəcək. Bu, çox nəzərəçarpan azalmadır", - Baş nazirin müavini vurğulayıb .

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar