Ru
22:55 / 14 Avqust 2026

Ermənistan PA-nın yeni rəhbəri o oldu

Ermənistan PA-nın yeni rəhbəri o oldu
Eye

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Xaçatur Poqosyanı Prezident Administrasiyasının rəhbəri təyin edib.


“Bakupost” xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin imzaladığı fərmanda bildirilib.

Sənədə əsasən, təyinat Ermənistan Konstitusiyasının 139-cu maddəsinin 1-ci hissəsi və “Dövlət qulluğu haqqında” qanunun 9-cu maddəsinin 11-ci hissəsi nəzərə alınmaqla həyata keçirilib.

Qeyd edək ki, Xaçatur Poqosyan bundan əvvəl Ermənistan Prezident Administrasiyasının rəhbərinin müavini olub və rəhbərin səlahiyyətlərini icra edib. O, bu vəzifədə uzun müddət çalışıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar