Böyük Britaniyanın Uels bölgəsində təyyarə qəzaya uğrayıb.
"Bakupost" xəbər verir ki, polis hadisənin Qvinedddə baş verdiyini bildirib.
Məlumata görə, təyyarə İngiltərədəki aerodromdan havaya qalxsa da, təyin olunmuş vaxtda Karnarvon hava limanına çata bilməyib və axtarış-xilasetmə əməliyyatı başlayıb.
Təyyarənin qalıqları və iki nəfərin cəsədi aerodromdan təxminən 60 kilometr aralıda yerləşən ucqar bir ərazidə tapılıb.
Həlak olanların şəxsiyyəti və təyyarənin modeli hələlik açıqlanmayıb.
Qəzanın səbəbləri araşdırılır.