Ru
23:32 / 14 Avqust 2026

Tarixdə ilk! Süni intellekt işçini işdən çıxardı

Tarixdə ilk! Süni intellekt işçini işdən çıxardı
Eye

Andon Labs startapının apardığı təcrübə zamanı süni intellekt Klod ilk dəfə olaraq San-Fransiskodakı real mağazada insan işçilərlə birlikdə menecer rolunu müstəqil şəkildə oynayıb.


"Bakupost" xəbər verir ki, bu barədə "Time" jurnalı məlumat yayıb.


Məlumata görə, model işçilərdən birini işdən çıxarmaq qərarını qəbul edib.


Səbəb isə sistematik gecikmə olub. İşçi 23 növbədən 17-ni buraxıb. Əvvəlcə, süni intellekt töhmət təklif etdi, lakin Andon Labs meneceri müdaxilə edərək, təkrarlanan pozuntuları qeyd edib. Ardınca Klod işdən çıxarmaq qərarını dəyişdi.

Startapın baş direktoru Lukas Petersson bu hadisəni süni intellektib inkişafı üçün dönüş nöqtəsi adlandıraraq, gələcəkdə bir çox işçinin alqoritmlər tərəfindən idarə oluna biləcəyini irəli sürüb.

İşçilərdən biri süni intellekt rəhbərliyi altında işləməyin onu təngə gətirdiyini, lakin dolanışıq qazanmaq naminə buna dözməli olduğunu etiraf edib.

"Bu, ürəkbulandırıcıdır, amma mənə iş lazımdır", - deyə o bildirib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar