Bu gün səhər saatlarında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Gümrü şəhər meriyasında yoxlamalara başlayıb.
Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, hazırda xüsusi təyinatlılar meriyanın binasındadır.
Eyni zamanda, qeyd olunub ki, Gümrü şəhərinin meri Vardan Qukasyan saxlanılıb:
“Təxminən 60-70 maskalı şəxslər meriya binasına soxularaq Qukasyanı zorla yerə yıxıb və qandallayıb”.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi isə bildirib ki, cinayət işi üzrə istintaq çərçivəsində Gümrü meriyasında istintaq hərəkətləri aparılır.