Ru
12:59 / 20 Oktyabr 2025

Ramiz Mehdiyevin gəlini işə çıxmır - SƏBƏBİ

Ramiz Mehdiyevin gəlini işə çıxmır - SƏBƏBİ
Eye

Ramiz Mehdiyevin Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri vəzifələrini icra ediən gəlini Nigar Mehdiyeva işə çıxmır.

Bakupost.az xəbər verir ki, bu barədə Globalinfo.az-a klinikadan məlumat verilib.

“Nigar xanım hazırda xəstədir, işə gəlmir. Onun pasiyentlərini başqa həkimə yönləndiririk. Sağaldıqdan sonra işə qayıdacaq”, - klinikadan bildirilib.

Qeyd edək ki, Onkologiya Klinikasında icra olunan bahalı süd vəzi əməliyyatlarını məhz Nigar Mehdiyeva tərəfindən həyata keçirildiyi iddia edilir.

Xatırladaq ki, Nigar Mehdiyeva həmin vəzifəyə illər öncə ATU-nun rektoru olmuş deputat Əhliman Əmiraslanov tərəfindən təyin edilib. Hətta onun dəstəyi ilə Mehdiyevin gəlininə dosent adı verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar