Ru
14:39 / 20 Oktyabr 2025

Fransanın ədliyyə naziri: "Luvrun qarət edilməsi hakimiyyətin uğursuzluğudur"

Fransanın ədliyyə naziri: "Luvrun qarət edilməsi hakimiyyətin uğursuzluğudur"
Eye

Fransanın ədliyyə naziri və keçmiş daxili işlər naziri Jerald Darmanen Luvrun qarət edilməsini respublika hakimiyyətinin uğursuzluğu hesab edir.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, o bu barədə müsahibəsində bildirib.

"Başa düşürəm ki, bütün yerlərin təhlükəsizliyini təmin etmək mümkün deyil, amma bir şey aydındır: biz uğursuzluğa düçar olduq. Əgər Parisin mərkəzində qaldırıcı qurğunu yerləşdirmək, bir neçə dəqiqə ərzində yuxarı qalxmaq, qiymətli bəzəkləri oğurlamaq və Fransanı bu cür biabırçı vəziyyətdə göstərmək mümkündürsə, bu o deməkdir ki, biz bacarmadıq", - deyə nazir vurğulayıb.

Muzeyin oktyabrın 20-də yerli vaxtla saat 9:00-da açılacağı bildirilib.

Xatırladaq ki, oktyabrın 19-da səhər saatlarında Luvrdan doqquz zinət əşyası oğurlanıb ki, onlardan bəziləri artıq tapılıb. Tapılan əşyalar arasında imperator III Napoleonun həyat yoldaşı Yevgeniyanın tacı da var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar