Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan həbs olunub.
Bakupost.az xəbər verir ki, bununla bağlı bloger Nail Kəmərli məlumat yayıb. O, Reyhanın videosunu yayımlayaraq, bunları əlavə edib:
“Heyf səndən, Reyhan. Gərək səni elə o gün aparardım, Reyhan. Məni aldatdın. İnandım sənə. Reyhan artıq həbsdədir. Çox heyf”.
Bloger onun nədən həbs olunduğunu açıqlamayıb.
Qeyd edək ki, N.Kəmərli 2023-cü ildə Reyhanın acınacaqlı həyatını nümayiş etdirmişdi. Narkotik aludəçisi olan Reyhan küçədə yaşayırdı. O, müalicə üçün reabilitasiya mərkəzinə yerləşdirilməli idi.
Onu da xatırladaq ki, ustad meyxanaçılardan sayılan Nizami Rəmzi 1997-ci ildə (49 yaşında) avtomobil qəzası səbəbindən vəfat edib. N. Rəmzi üç dəfə ailə həyatı qurub. Bu izdivaclardan onun 6 övladı olub. Şairin oğlu Rza Baxşıyev bir müddət əvvəl həbsdən çıxıb.