Ru
13:44 / 20 Oktyabr 2025

ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi

ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Eye

İşğaldan azad edilmiş Xocavənd rayonunun Tağaverd kəndi ərazisində bu gün mina hadisəsi baş verib.

Bu barədə Bakupost.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, ekskavator operatoru vəzifəsində çalışan agentliyin əməkdaşı, 1967-ci il təvəllüdlü İlqar Vəli oğlu Şirinov xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

O, hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılıb.

Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib, vəziyyəti stabildir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar