UEFA Çempionlar Liqasının Liqa mərhələsində İspaniyada "Atletik"lə üz-üzə gələcək "Qarabağ"ın heyətində itki var.
Bakupost.az xəbər verir ki, bu barədə
Offsideplus.az saytına açıqlamasında klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, Musa Qurbanlı İspaniya təmsilçisi ilə görüşdə zədə səbəbindən iştirak etməyəcək.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.