Ermənistanda həqiqi hərbi xidmətin müddəti azaldılır.
Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan videomüraciətində bildirib.
Onun sözlərinə görə, 2026-cı il yanvarın 1-dən ölkədə həqiqi hərbi xidmətin müddəti 2 il deyil, 1 il 6 ay təşkil edəcək.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi sentyabrda hərbi xidmətin müddətinin azaldılmasını təklif edib.