SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Sabirabad rayonunda vətəndaş qəbulu keçiriləcək.
Bakupost.az xəbər verir ki, qəbul 23 oktyabr saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.
Görüş zamanı Sabirabad, Saatlı və İmişli rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
"Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Salyan Regional qaz istismarı İdarəsinə (tel: 050-845-72-19; 070-347-95-47) müraciət edə bilərlər", - “Azəriqaz” İB-nin mətbuat xidmətinin məlumatında bildirilir.