Ru
15:53 / 21 Oktyabr 2025

Rus milyarder "Qalatasaray"ı almaq istəyir

Rus milyarder "Qalatasaray"ı almaq istəyir
Eye

Rusiyalı məşhur iş adamı Roman Abramoviç Türkiyənin ən köklü futbol klublarından biri olan “Qalatasaray”ın səhmlərinin nəzarət paketini almağı planlaşdırır.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin nüfuzlu “Sözcü” qəzeti yayıb.

Qəzetin yazdığına görə, milyarder artıq İstanbulda malikanə alıb və yaxın vaxtlarda Türkiyəyə köçməyə hazırlaşır.

Lakin hazırkı qanunvericiliyə əsasən, “Qalatasaray” açıq səhmdar cəmiyyəti olsa da, klubun idarəetməsi fond üzvlüyü sistemi üzərində qurulub. Yəni klubun əsas qərarverici orqanı olan fond razılıq vermədiyi halda, “Qalatasaray”ın aktivləri fərdi şəxslərə və ya xarici investorlara satıla bilməz.

Ekspertlər bildirirlər ki, Abramoviçin klubda maliyyə iştirakını təmin etməsi üçün o, birbaşa səhmləri deyil, sponsorluq, infrastruktur tərəfdaşlıqları və kommersiya layihələrində birgə müəssisələr kimi dolayı əməkdaşlıq modellərinə üstünlük verməli olacaq.

Xatırladaq ki, Abramoviç 2003-cü ildə İngiltərənin məşhur “Çelsi” klubunun sahibi olmuşdu. Lakin 2022-ci ilin martında Ukraynadakı hadisələrlə bağlı o, Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edilib və bütün aktivləri dondurulub. Həmin ilin mayında isə “Çelsi” klubu Todd Boeli rəhbərliyindəki konsorsiuma satılıb.

Futbol ekspertləri hesab edirlər ki, Abramoviçin “Qalatasaray”a yönəlməsi həm Türkiyə futbol bazarı üçün mühüm iqtisadi stimul, həm də Avropada yeni siyasi-iqtisadi mövqelər axtaran rusiyalı sərmayədarlar üçün nümunə ola bilər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar