Ermənistan Respublikası Azərbaycan Respublikası Prezidentinin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatını alqışlayır.
Bakupost.az Musavat.com-a istinadla bildirir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan öz “Facebook” səhifəsində yazıb.
“Bu addım Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Ermənistan və Azərbaycan arasında yaradılmış sülhün institusionallaşdırılması üçün böyük əhəmiyyət kəsb edir”, - o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdən sonra mətbuata açıqlamasında bildirib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Dövlət başçısı vurğulayıb:
“Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.