Ru
17:33 / 21 Oktyabr 2025

Nazirliyin şöbə müdiri işdən çıxarıldı: Muxtar Babayev vəzifə verdi

Nazirliyin şöbə müdiri işdən çıxarıldı: Muxtar Babayev vəzifə verdi
Eye

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Bakupost.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Faiq Mütəllimov öz istəyi ilə şöbə müdiri vəzifəsindən ayrılıb.

O, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəliyinə təyinat alıb.

Qeyd edək ki, 2013-cü ildən nazirlikdə çalışan Faiq Mütəllimov 2021-ci ildən Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar