Ru
16:47 / 21 Oktyabr 2025

Qadın paltari geyinib tibb bacısı işlədi — Sonunda ifşa olundu

Qadın paltari geyinib  tibb bacısı işlədi — Sonunda ifşa olundu
Eye

Böyük Britaniyada nadir hadisə yaşanıb — kişi uzun müddət qadın tibb bacısı adı altında işləyib.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Lüsius Ncoqu (Lucius Njoku) adlı şəxs 2025-ci ilin fevralından aprel ayınadək bir Britaniya xəstəxanasında “Coys Corc” adı ilə qanunsuz şəkildə fəaliyyət göstərib. O, işə çıxarkən üzərində “Coys Corc” adı və fotoşəkili olan tibb nişanı taxır, personal və xəstələr arasında heç bir şübhə doğurmadan xəstələrə qulluq edirdi.

Saxtakarlıq tamamilə təsadüfən üzə çıxıb. Xəstələrdən biri ona “Coys” deyə müraciət etdikdə, o cavab verib:

“Mənim adım Coys olsa da, mən kişiyəm.”

Araşdırma nəticəsində məlum olub ki, əsl Coys Corc — Nigeriya vətəndaşı — rəsmi müsahibədən keçərək bu işə qəbul olunub, lakin daha sonra növbələrini həmvətəni Ncoquya verib.

Məhkəmə qərarı ilə Lüsius Ncoqu 16 həftə azadlıqdan məhrumetmə cəzası alıb, lakin bu cəza bir il şərti olmaqla dəyişdirilib. O, həmçinin 80 saat ictimai işlərə və 239 funt sterlinq cəriməyə məhkum edilib, əlavə olaraq məhkəmə xərclərini də ödəməli olacaq.

Hadisə Böyük Britaniyada səhiyyə sistemində nəzarət mexanizmlərinin zəifliyi ilə bağlı müzakirələrə səbəb olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar