Ru
15:34 / 21 Oktyabr 2025

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...
Eye

Ramiz Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqamlardan biri də, indiyədək heç bir rəsmi qurumun açıqlama verməməsidir. Bu səssizlik ictimai narahatlığı daha da artırır və müxtəlif versiyaların yayılmasına şərait yaradır. Hazırda Mehdiyev barəsində yayılan bütün məlumatlar qeyri-rəsmi xarakter daşıyır və təsdiqlənmiş informasiya yoxdur.

Baskupost.az xəbər verir ki, siyasi şərhçi Heydər Oğuz Globalinfo.az-a açıqlamasında hər hansı informasiyanın təsdiqinin iki yolla mümkün olduğunu bildirib.

"Bunlardan biri ciddi media orqanlarının yaydığı məlumatı dövlət orqanlarının açıq şəkildə təsdiqləməsi, digəri isə heç bir reaksiya verilməməsidir. Məşhur bir aforizm var: susmaq razılıq əlamətidir. Azərbaycanın əksər media qurumlarında yayılan xəbər nə təkzib, nə də təsdiq edilirsə, bu, əslində iddialarla razılaşmaq mənasına gəlir. Əks halda, olduqca ağır ittihamlarla, xüsusilə də vətənə xəyanətdə günahlandırılan sabiq məmuru dövlət şübhə altında buraxmaz, dəhral bunu təkzib edər və onu yayanları cəzalandırardı. Unutmamalıyıq ki, Ramiz Mehdiyev sadə vətəndaş deyil, son illərə qədər dövlətin idarə olunmasında ikinci şəxs olub”, - o deyib.

Siyasi şərhçi qeyd edib ki, Ramiz Mehdiyevin bu cinayəti hansısa sabiq məmurlarla birlikdə planlaşdırdığı iddia olunmur:

“Çevriliş planının arxasında Kremlin dayandığı bildirilir. Bu isə Rusiya kimi təhlükəli dövlətin beynəlxalq hüquq normalarına sadiqliyinə inamı zəiflədir. Məlumat yalan olsaydı, Moskva buna dərhal münasibət bildirər və imicini qorumağa çalışardı. Bu da baş verməyib. İndiyədək rəsmi reaksiyanın olmaması bir neçə amildən qaynaqlana bilər. Əvvəla, belə görünür ki, sözügedən cinayətlərin istintaqı başa çatmayıb, prosesin gizlinləri barədə məlumatları ictimailəşdirmək həm hüquqi baxımdan düzgün deyil, həm də digər şübhəliləri “oyandıra bilər”. İkinci səbəb, istintaqa bəlli olan bəzi informasiyaların mediaya sızdırılması ilə şübhəli şəxslərin reaksiyasını öyrənmək, müttəhimləri dəlilləri gizlətməyə tələsdirərək, daha artıq ipucları və izlər buraxmağa vadar etmək istəyə bilərlər. İstintaq prosesində bu cür metodlardan istifadə olunması normal hadisədir”.

Ekspertin sözlərinə görə, digər səbəblərdən biri Mehdiyevin komandasını pərən-pərən salmaq, aralarındakı etimadını azaltmaq və zərərsiz hala gətirmək ola bilər:

“Bu da vətənə xəyanətdə ittiham olunacaq potensial şübhəliləri öz başçılarına – Mehdiyevə qarşı qoymaqla mümkündür. Göründüyü kimi, istintaq orqanları bu planlarına böyük ölçüdə nail olub. Vaxtilə az qala Mehdiyevin ayaqqabısını yalayan 5-ci kolon üzvləri ard-arda özlərinin bu çete ilə əlaqəsinin olmadığını bəyan edərək, ictimaiyyətin gözündən tamamilə düşürlər və sabah onları göz altına almaq daha da asanlaşır, hansısa risklər ortaya çıxmır. Sonda təbii ki, onların da qoluna qandal vurub ağsaqqallarının yanına göndərəcəklər.

Dördüncü səbəb Rusiyaya ehtiyatla yanaşmaqdan qaynaqlanır. Kremlin nəyə, necə cavab verəcəyi dəqiq bilinmədiyindən belə addım başadüşüləndir. Əhalinin təhlükəsizliyi və əmin-amanlığından məsuliyyət daşıyan rəsmi Bakı belə məsələlərdə haqlı olaraq tələsməməyə və düşmənləri zərərsizləşdirmək işini əlavə risklər yaratmadan həll etməyə çalışır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar