Ru
22:34 / 23 Yanvar 2026

Ermənistanda siyasi partlayış: Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Ermənistanda siyasi partlayış: Qarabağı Azərbaycan adlandıran nazirə hücum
Eye

Ermənistanın sosial məsələlər naziri Arsen Torosyan Qarabağla bağlı paylaşımı ilə ölkəsindəki bəzi revanşist tör-töküntülər tərəfindən qəzəblə qarşılanıb.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, nazir sosial şəbəkədə Qarabağdan köçən ermənilərlə bağlı məlumat verərkən regionu açıq şəkildə Azərbaycan ərazisi kimi qeyd edib.

Bu ifadə Ermənistan cəmiyyətində kəskin narazılıqla qarşılanıb. Sosial şəbəkələrdə Torosyana qarşı sərt kampaniya başlayıb, onu “xain”, “milli maraqlara zidd mövqe tutan şəxs” adlandıran yüzlərlə paylaşım edilib.

Bəziləri nazirin istefasını tələb edib, bəziləri isə bu açıqlamanı hökumətin real mövqeyinin etirafı kimi dəyərləndirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar