Ru
10:24 / 06 Fevral 2026

Əsəblərin savaşı – ABŞ-İran danışıqları başlayır

Əsəblərin savaşı – ABŞ-İran danışıqları başlayır
Eye

Regionda hərbi gərginliyin artdığı bir zamanda ABŞ və İran rəsmiləri bu gün Omanın paytaxtı Maskatda danışıqlar keçirir.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, danışıqların məqsədi tərəflərin mövqelərini dəyərləndirməkdir. ABŞ tərəfi İranın raket proqramı və regiondakı fəaliyyətinin müzakirə olunmasını gündəmə gətirmək niyyətindədir. İran isə danışıqların yalnız nüvə məsələsi ilə məhdudlaşdırılmasında israr edir və uranın zənginləşdirilməsi ilə raket imkanlarının qırmızı xətt olduğunu bildirir.

ABŞ nümayəndəsi Stiv Vitkoff Maskata İranın xarici işlər naziri Abbas Araqçıdan əvvəl gəlib. Bu arada bir sıra regional ölkələr gərginliyin artmasının qarşısını almaq üçün diplomatik təmaslarını davam etdirir.

ABŞ-ın maliyyə naziri Skott Bessent İran rəhbərliyinin son maliyyə addımlarına diqqət çəkərək Tehranın üzləşdiyi iqtisadi çətinlikləri vurğulayıb. ABŞ-ın vitse-prezidenti Ceyms Vens isə İranla danışıqların mürəkkəb olduğunu bildirib. Vens bunu ali lider Əli Xamenei ilə birbaşa təmasının olmaması ilə əlaqələndirib.

İran “Hürremşehr-4” raketlərinin hazır vəziyyətə gətirildiyini açıqlayıb. İran ordusunun sözçüsü bu raketlərlə ABŞ hərbi bazalarını vurmaq imkanlarının geniş olduğunu qeyd edib.

İranın ali liderinin müşaviri Əli Şamxani yüksək səviyyəli müdafiə komitəsinin rəhbəri təyin olunub.

İsrailin Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, İranın müharibəyə qoşulacağı təqdirdə ordu mümkün hücumlara hazırdır.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar