Ru
11:20 / 06 Fevral 2026

Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı

Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı
Eye

Baş Prokurorluq bu gün paytaxtın Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.


Bakupost.az prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, faktla bağlı cinayət işi açılıb.

“Fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub”.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir”, - rəsmi məlumatda qeyd olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar