Ru
11:58 / 26 Avqust 2021

Əsgərimizə cinayət işi açıldı

Əsgərimizə cinayət işi açıldı
Eye

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Bu barədə Bakupost.az -a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Əlavə olunub ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

"Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib", - məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün yayılan məlumatda adıçəkilən əsgərin ermənilər tərəfindən tutulması haqda görüntülər yayılmışdı.






Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar