Ru
13:29 / 12 Dekabr 2025

"Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" - Tolik

"Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" - Tolik
Eye

“Sosial məsələlərdən danışıram, ona görə də vətəndaş mövqeyiniz olmalıdır. Bəzi aparıcılar yalandan deyir ki, “kanal rəhbərləri bizə icazə vermir”. Mənim kanal rəhbərimdən daha böyük rəhbəriniz var? Lap elə olsun ki, kanalımın sahibindən. Niyə mən burada dövlətin, xalqın problemlərini işıqlandıra bilirəm? Niyə mən benzin artımından danışıram, qiymətlərin gündən-günə qalxmasından danışıram? Ətin kilosu 22 manat olub, bundan danışıram, qarğıdalı yağının qiyməti 7 manatdır, ən ucuzu 5-6 manatdır, bundan danışıram. Şəkər tozunu əvvəl 1 manata alırdıqe, indi baxın görün neçəyə olub? Bundan danışın”.

Bakupost.az xəbər verir ki, bu sözləri aparıcı Tarix Əliyev (Tolik) “Tarixin Bir Günü” verilişində səsləndirib.

“Camaat qışda ayda 100-200 manat qazpulu verəcək. İşıq pulu da 100 manat olacaq. Bundan danışın. "Bizi qoymurlar". Məni qoyurlar, sizi yox? Mənim buynuzum var? Sizin canınızdan gəlmir bu. Sizinki yalnız müğənni gəlsin, onun ərindən, uşağından, aşnasından, bunun “saxlayan”ından danışasınız. Mən də danışıram onalardan, danışın, amma arabir bunlardan da danışın. Arabir deyin ki, 5 qəpiyə olan salafan indi niyə 7 qəpikdir? Biz deyirik 7 qəpik nədir?Amma bir ailə 3 dəfə bazarlıq edəndə bu artıq 20 qəpik edir. Ay ərzində görün hara gəlib çıxır. Siz qəpikdən danışmayın e. Deyirlər, quyuya su tökməklə quyu dolmur, quyunun özündə su olmalıdır”.

Lalə, BakuPost
" target="_blank">

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar