"Sözügedən yol-nəqliyyat hadisəsi bu gün saat 07:50-də Bakı-Qazax yolunun 188-ci km-də, üzü Qazax istiqamətində baş verib".
Bakupost.az xəbər verir ki, Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.
"Xəyal İdris oğlu İsmayılov 99-TC-021 dövlət nömrə nişanlı evakuatorla manevr edərkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Evakuatorun üzərində olan 10-SL-683 dövlət nömrə nişanlı "QAZel" markalı avtomobil də yüklü olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda vurğulanır.