Ru
23:15 / 08 Sentyabr 2021

Əxlaqsız görüntüləri yayılan Göyüşovla bağlı YAP-ın yaydığı yalan

30360
Hakim Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun əxlaqdankənar görüntülərinin yayılması ilə bağlı məsələyə partiyanın Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elməddin Quliyevin reaksiyası ciddi müzakirələrə səbəb olub.

Bakupost.az xəbər verir ki, E.Quliyevin mediaya açıqlamasında müzakirəyə çevrilən məqam isə R.Göyüşovun səlahiyyətlərinə 30 iyun tarixində keçirilmiş hesabat konfransında xitam verildiyini bildirməsidir. O həmçinin deyib ki, YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı, R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq.

Əvvəla, YAP Binəqədi rayon təşkilatının 30 iyunda keçirilən hesabat konfransında sədrin fəaliyyətinə xitam verilməsi ilə bağlı heç bir məsələ yoxdur. Təşkilatın sədri R.Göyüşov hesabat məruzəsi ilə çıxış edib, konfransda iştirak edənlər yerli təşkilatın fəaliyyətini qənaətbəxş hesab ediblər və bitdi.
Sözügedən 10-cu hesabat konfransına təşkilati məsələlər daxil edilməyib (Bu linkə daxil olmaqla, məlumatı yoxlamaq mümkündür: http://www.yap.org.az/az/view/news/52819/yeni-azerbaycan-partiyasi-bineqedi-rayon-teshkilatinin-x-hesabat-konfransi-kechirilib)

Ümumiyyətlə, bu il YAP-ın bir neçə rayon təşkilatında hesabat konfransları keçirilib və heç birində təşkilati məsələlərə baxılmayıb.

İkincisi, partiyanın yerli rayon təşkilatlarının sədri konfranslarda seçki yolu ilə seçilir və partiyanın İdarə Heyəti tərəfindən təsdiqlənir. Yəni yerli təşkilatın sədrinin təyin edilməsi məsələsi heç də bütövlükdə partiyanın idarə heyətinə aid məsələ deyil.

30 iyun 2021-ci il hesabat konfransında isə təşkilati məsələlərə baxılmadığından, yerli təşkilatın sədri və digər strukturlara sekçilər də keçirilməyib.

Üçüncüsü, YAP sədri 5 il müddətinə seçilir və buna uyğun olaraq yerli təşkilatların sədrləri də eyni səlahiyyətə malikdirlər. YAP Binəqədir rayon təşkilatının sədri R.Göyüşov 18 may 2017-ci ildə keçirilən 9-cu konfransda sədr seçilib. Bu barədə Binəqədi İcra Hakimiyyətinin saytında da məlumat qalmaqdadır. Onun səlahiyyət müddətinin bitməsinə hələ var.

Dördüncüsü, əgər doğrudan da 30 iyun 2021-ci ildə R.Göyüşovun səlahiyyətlərinə xitam verilibsə, niyə YAP Binəqədi rayon təşkilatının “sədr əvəzi” kimi yox, məhz sədri kimi partiyanın rayon təşkilatının rəsmi saytında baş məqalə və baş şəklin sahibi olaraq R.Göyüşov görüntülənir?

Beşincisi, YAP Binəqədi rayon təşkilatının rəsmi saytında gedən məlumata görə:

1) 8 iyul tarixində YAP Binəqədi rayon təşkilatı, İbrahimpaşa Dadaşov küç. 260 ünvanlı (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi - ANAMA) ərazi ilk partiya təşkilatının iclası keçirilib. İclasda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak və çıxış edib (Fotosu da yayılıb).

2) 26 avqust 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında növbəti məlumat saatı keçirilib. Bu tədbirdə çıxış edənlərdən biri də YAP Binəqədi rayon təşkilatının sədri R.Göyüşovdur və s.

Yəni R.Göyüşov bugünə qədər YAP Binəqədi rayon təşkilatının sədri kimi rəsmi mərasimlər keçirib, təqdimatlar və çıxışlar edib və bütün bunların hamısı rəsmi saytlarda hazırda da qalmaqdadır.
Belədə, R.Göyüşovun səlahiyyətinə necə 30 iyunda xitam verilə bilərdi?

Belə məlum olur ki, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun rüsvayçı videosunun ardınca daha bir yerli təşkilat sədrinin analoji videosunun yaratdığı ictimai reaksiyanın təzyiqindən YAP Mərkəzi Aparatı sığortalanmaq üçün onun artıq 2 ay öncə işdən çıxarıldığı haqda yalan məlumat yayır.

Əslində isə məhz bu videoya görə 10 sentyabra iclas təyin edilib və həmin iclasda da R.Göyüşov həmkarı H.Mirələmovun taleyini yaşayacaq.

Elnur,
Bakupost.az

Şərhlər
  • Abdullayev Şahin Əvəzağa

    Allahın belə canlılardan xəbəri yoxdur 2O il ateist təbliğatı aparan bir canlı nı dini işlər üzrə rəhbər təyin edəndə belədə olmalıdır

  • Mubariz

    YAP ,Milli Məclis olmasa biz darıxarıq ,teatrların bağlı vaxtı bunlar bizi əyləndirir , sükanı belə saxlayın

  • Niyaməddin

    Allah bunları biyabır eləsin!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər