Ru
12:07 / 21 Dekabr 2025

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?
Eye

Kredit verən bankların bəziləri ciddi bir qanun pozuntusuna yol verirlər - vətəndaşın (zamin duranın) məlumatlılığı olmadan, zamin dərk etmədən, elə bir zaminlik müqaviləsinə imza atdırırlar ki, zamin borcalanın 1 kreditinə görə deyil, 10 il ərzində alacağı bir neçə kreditə zamin durmuş olur, özü bunu bilmədən və istəmədən.

Bakupost.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor, vəkil Fərhad Mehdiyev deyib.

O bildirib ki, bununla bağlı vətəndaşların çoxsaylı müraciətləri var:

“Növbəti belə bir şikayət “Express Bank”dandır. Vətəndaş düşünüb ki, 1 kredit müqaviləsinə zamin durur; əslində o borc da bağlanmışdı. Daha sonra əsas borclu zaminin xəbəri olmadan ikinci krediti götürüb və qaytarmayıb; iş məhkəməyə gedib və zamin "kredit XƏTTİ müqaviləsinə" imza atdığına görə indi onun üzərində borc var, hər 2 avtomobilinə həbs qoyulub.

Bank isə zaminə imza atdıranda müqavilənin məzmununu ona imza etməyib.

Mərkəzi Bank bu işlərə ciddi nəzarət etməlidir, məhkəmələr isə bu qəbildən zaminlik müqavilələrini "vacib əhəmiyyətli yanılma" səbəbi ilə etibarsız saymalıdır”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar