Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb.
“Bakupost” "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb.
Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindəki binanın qarşısında 1986-cı il təvəllüdlü Müseyib Əhmədov 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəni yerə yıxaraq çoxsaylı xəsarətlər yetirib.
Bıçaqlanan qadını onun əlindən hadisə şahidləri çətinliklə alıblar və Fatimə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən F.Rəhmanzadənin həyat yoldaşı 1986-cı il təvəllüdlü Museyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.