Ru
18:32 / 15 Noyabr 2025

Ferma balıqlarına nəcis verilməsi nəzarətə götürüldü, bəs ölkəyə gətirilən qoyun əti?

Ferma balıqlarına nəcis verilməsi nəzarətə götürüldü, bəs ölkəyə gətirilən qoyun əti?
Eye

3 ay əvvəl Ferma balıqlarına verilən nəcis və Monqolustandan gətirilən qoyun əti ilə bağlı yazım həm dəstək, həm də tənqid aldı. AQTA və digər qurumlardan yazımı səhv sayan şərhlər oldu.

İndi isə yuxarıdan tapşırıq gəlib və məsələlər araşdırılır. Balıq işi artıq ciddi şəkildə izlənilir, Monqolustan ətinin ölkəyə gətirilməsi isə davam edir.

Bakupost.az xəbər verir ki, bunu ictimai fəal Orxan Atabəy bildirib.

O qeyd edib ki, Monqolustandan ət yox, qoyunun özünü gətirmək lazımdır:

"Ölkədə heyvan yem bazası çox və çox zəifdir. Yeni yem istehsalı zavodları tikilməli və artırılmalıdır. Dövlət büdcəsindən maliyyə ayıraraq, ziyana satılsa belə, yem kəndliyə əlçatan qiymətə təqdim olunmalıdır.

Ölkəmizi heyvan xəstəlikləri bürüyüb. Avropa bu viruslara qarşı karantin zonaları yaradaraq uğur qazandı. Bizdə isə kənd və rayonlarda heyvanlar üçün karantin zonaları yoxdur. Onları yaratmaq zəruridir. Bu üsullar sadə və primitiv görünsə də, praktik əhəmiyyətə malikdir. Şübhəli heyvan sürüdən ayrılıb karantinə salınır".

İctimai fəalın sözlərinı görə, bu kimi addımların atılması həm ət, həm də süd məhsullarına olan tələbatımızı xeyli dərəcədə qarşılayacaq:

"Pulumuz da öz cibimizdə qalar: bizdən kəndliyə, kəndlidən şəhərliyə qayıdıb ölkə içində dövr edər".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar