Ru
10:30 / 01 Avqust 2026

FİFA qalmaqallı planından imtina etdi

FİFA qalmaqallı planından imtina etdi
Eye

FİFA Dünya Çempionatının kommersiya hüquqlarının 20 faizinin təxminən 20 milyard dollar qarşılığında xarici investorlara satılması planından imtina edib.

"Bakupost" APA-ya istinadla xəbər verir ki, bu barədə “Nyu York Post” mənbələrə istinadən məlumat yayıb.

Qərar Avropa futbol qurumlarının və azarkeşlərin kəskin etirazından sonra qəbul olunub.

Bildirilib ki, UEFA və bir sıra Avropa futbol federasiyaları planın həyata keçiriləcəyi təqdirdə FİFA turnirlərini boykot edə biləcəkləri barədə xəbərdarlıq ediblər.

Məlumata əsasən, layihə Dünya Çempionatının media, marketinq və sponsorluq hüquqlarından əldə olunan gəlirlərin bir hissəsinin investorlara verilməsini nəzərdə tuturdu. Lakin bu təşəbbüs futbolun kommersiyalaşdırılmasını daha da artıracağı və FİFA-nın müstəqilliyinə xələl gətirəcəyi ilə bağlı narahatlıqlara səbəb olub.

Yaranan qlobal narazılıq fonunda FİFA rəhbərliyi, o cümlədən prezident Canni İnfantino planı dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, bundan əvvəl UEFA və quruma üzv olan 55 milli assosiasiya FİFA-nın dünya çempionatı və digər turnirlərdə payların özəl investorlara satılması planına qarşı birgə bəyanat yayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar