Ru
17:54 / 23 Avqust 2025

FIFA "Real Madrid"in müdafiəçisi ilə bağlı istintaqı başa çatdırdı

FIFA "Real Madrid"in müdafiəçisi ilə bağlı istintaqı başa çatdırdı
Eye

FIFA klublararası dünya çempionatının qrup mərhələsinin oyunu zamanı "Paçuka"nın müdafiəçisi Qonsalo Kabral ilə "Real Madrid"in oyunçusu Antonio Rüdiger arasında yaranmış münaqişə ilə bağlı araşdırmasını başa çatdırıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Xatırladaq ki, iyunun 22-də keçirilən oyun 3:1 hesabı ilə İspaniya nəhənginin xeyrinə başa çatıb.

Alman müdafiəçi argentinalı Kabralla mübahisədən sonra ünvanına irqçi təhqirlərdən şikayətlənib.

İstintaq vəziyyəti qiymətləndirmək üçün müxtəlif üsullardan, o cümlədən argentinalı oyunçunun dodaqlarını oxumaqdan və hakimin mikrofonundan istifadə edib.

Saytın məlumatına görə, Rüdigerin iddialarını dəstəkləyəcək heç bir inandırıcı dəlil qeydə alınmayıb. Nəticədə "Paçuka" və Kabrala qarşı heç bir cəza tədbirləri görülməyəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar