Ru
16:22 / 15 Fevral 2021

Flora Kərimovanın vəsiyyəti, qızı, həyatı və qalmaqalları - VİDEO

5009
Xalq artisti Flora Kərimova “ATV maqazin onlarla” verilişinin “33 sual” rubrikasında qonaq olub.

“Bakupost” xəbər verir ki, o, illərdir küsülü olduğu Xalq artisti Röya Ayxanla və həmkarı mərhum İlhamə Quliyeva haqqında qalmaqallı sualları cavablandırıb. Sənətçi bildirib ki, Röyaya qarşı kini qalmayıb:

“Çox illər əvvəl o mənim qızıma dedi ki, anana yiyə dur. Röyaya o sözü bağışlamadım. Bir dəfə ondan qisasımı aldım. Röyanın ürəyi var. Bilirsiniz o, mənə kimi xatırladır? Yeni doğulan körpə uşaqlar olur, onu bələmək, sığallmaq istəyirsən. Onları xatırladır”.

Flora Kərimova "İlhamə xanım dünyasını dəyişəndən sonra da bağışlamadınızmı?" sualına isə "Sağlığında televiziyalarda gah məni, gah da qızımı tərifləyirdi. Mənimlə söhbətləşmək üçün adam göndərirdi. Bağışlamaq onun dediyi sözləri boynuna almaq deməkdir. Onu necə bağışlayım?! Mənəviyyatını tapdalamağa qoymayan insanlar qalibdirlər. Amma ifasını bəyənirdim. Onun mahnısını bir neçə nəfər oxudu, amma mənə heç yapışmadı. İfalarını yanğılı oxuyurdu. Doğrudan da yanırdı. Ancaq xasiyyəti xasiyyət deyildi. O hərdən elə oxuyurdu ki, adamın ürəyi ağrıyırdı"-deyə, cavab verib.

Verilişin həmin buraxılışını təqdim edirik:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər