Ru
17:42 / 11 Sentyabr 2025

Fransa ayağa qalxdı - "Sarı jiletlilər"dən sonra ən böyük etiraz - FOTO

Fransa ayağa qalxdı - "Sarı jiletlilər"dən sonra ən böyük etiraz - FOTO
Eye

Fransada Prezident Emmanuel Makrona qarşı genişmiqyaslı etirazlar şiddətlənir.

Bakupost.az Fransa KİV-ə istinadən xəbər verir ki, küçələrə 200 minə yaxın insan çıxıb, 500-dən çox etirazçı saxlanılıb, onlarla yaralı var. Bu, 2018–2019-cu illərdəki "sarı jiletlilər" hərəkatından bəri ölkədə keçirilən ən böyük etiraz aksiyası hesab olunur.


Etirazçılar Makronun daxili siyasətindən, xüsusən də sosial və iqtisadi islahatlardan narazılıqlarını bildiriblər. Parisdə polis və etirazçılar arasında toqquşma baş verir, gözyaşardıcı qazdan istifadə edilir.

Sosial şəbəkələrdə etirazlar "yeni xalq inqilabı" kimi təqdim olunur.


Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar