Ru
16:23 / 03 Fevral 2026

Ayın sonuna qədər Bakıya Hindistan təyyarələri uçmayacaq

Ayın sonuna qədər Bakıya Hindistan təyyarələri uçmayacaq
Eye

Hindistanın “IndiGo” Hava Yolları bu ilin 28 fevralına kimi Azərbaycanla olan bütün uçuşları ləğv edib.


Bakupost.az Demokrat.az-a istinadən xəbər verir ki, Tailandın Phuket adasında istirahətə yollanmış xeyli sayda Azərbaycan vətəndaşları hazırda hava limanında qalıblar.

Reyslərinin ləğvinin səbəbi barədə heç bir məlumat verilmir.

Məsələ ilə bağlı “IndiGo” Hava Yollarından da heç bir cavab ala bilmədik. Şirkətin telefonlarına zəng çatmır.

Qeyd edək ki, Novruz bayramı tətili ilə əlaqədar xeyli sayda Azərbaycan vətəndaşı Hindistan və cənub-şərqi Asiya ölkələrinə “IndiGo” Hava Yollarından tur-paketlər alıblar. Vətəndaşlar yaranmış vəziyyətdən narahatdırlar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar