Ru
16:06 / 03 Fevral 2026

Zəngilanda çörək sexində nöqsanlar aşkarlandı - FOTOLAR

Zəngilanda çörək sexində nöqsanlar aşkarlandı - FOTOLAR
Eye

Zəngilan rayonunun Ağalı kəndində fəaliyyət göstərən, “Xan Çinar 2020” MMC-yə məxsus çörək və unlu məmulatların emalı müəssisəsində yoxlama keçirilib.


Bakupost.az ”Qafqazinfo”ya istinadla xəbər verir ki,Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, baxış zamanı müəssisədə istifadə müddəti bitmiş bir sıra xammal məhsulları aşkarlanıb.

Həmçinin qida məhsullarının donunun açılması prosedurunun normalara uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib. İstehlaka yararsız qida məhsullarının dövriyyədən çıxarılaraq məhv edilməsinə dair müvafiq qərar qəbul edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar